Sumqayıtda Nizami Gəncəvinin heykəli dağıdılıb? - RƏSMİ AÇIQLAMA

Sumqayıtda Nizami Gəncəvinin heykəlinin dağıdılması ilə bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, şəhər icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bu məlumatı təkzib edib. O bildirib ki, heykəl dağıdılmayıb, sadəcə yeri dəyişdirilir:

“Şəhərin 2-ci mikrorayonu ərazisində yerləşən, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı sökülərək yenidən tikilir. Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr şəhərin 70 illiyi ərəfəsində, yaxın zamanlarda kinosevərlərin ixtiyarına veriləcək. O ki qaldı heykəlin sökülməsinə, sumqayıtlıları narahat edən həmin məsələ də öz həllini tapacaq. Belə ki, bazar ətrafında yerləşən Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli bundan sonra kinoteatrın qarşısında ucalacaq”.

DİGƏR XƏBƏRLƏR

Top