Bağdadinin öldüyü anın görüntüsü – VİDEO


İraq dövlət televiziyası İŞİD lideri Əbu Bəkr Əl Bağdadinin öldüyünü anın videosunu yayımlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Suriyanın İdlib şəhərində gecə vaxtı baş verən bir neçə partlayışın Bağdadinin intihar anına aid olduğu bildirilib. "Euronews" televiziyası tərəfindən də yayımlanan görüntülərdə İŞİD lideri Bağdadinin cəsədi görünməsə də üzərində qan ləkəsi olan paltarlar diqqət çəkir.
Qeyd edək ki, uzun müddətdir İŞİD terror qruplaşmasına liderlik edən Əbu Bəkr Əl Bağdadi dünən 3 uşağı ilə birgə intihar edib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Bağdadinin intiharını canlı yayımda sərt sözlərlə dünyaya xəbər vermişdi.

Ruslan Yusibov
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top