Bakıda itkin düşmüş gənc qadın tapılıb

Bakıda itkin düşmüş 26 yaşlı qadın tapılıb.
Yeniavaz.com
“report”a istinadla xəbər verir ki, hadisə oktyabrın 25-də Binəqədi rayonu, S.Məmmədov küçəsində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü X.Mirzəyeva yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X.Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top