Goranboyda iki avtomobil toqquşub, yaralılar var

Goranboyda yol qəzası baş verib, beş nəfər xəsarət alıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

“VAZ 2106” və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Nəticədə ikisi azyaşlı olmaqla 5 nəfər - 1983-cü il təvəllüdlü Axundov Nizami Qüdrət oğlu, onun 2009-cu il təvəllüdlü qızı Axundova Səidə Nizami qızı, 2017-ci il təvəllüdlü İsgəndərli Günəş İslam qızı, 1995-ci il təvəllüdlü Behbudzadə Pərvanə Eyyub qızı və 1990-cı il təvəllüdlü İsgəndərov İslam  Rəvayət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon xəstəxanasına yerləşdirilib.

Yaralılardan Nizami Axundovun vəziyyəti ağır olduğundan Gəncədəki klinikalarından birinə göndərilib. Digər yaralılar isə lazımi tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top