Saxta yuyucu vasitələr xərçəng yaradır - AÇIQLAMA


Bakıda saxta yolla bir çox yuyucu vasitələri hazırlayan sexlərin olması meydana çıxdı. Sözügedən sexlər yuyucu vasitələri saxta üsulla hazırlayaraq, marketlərdə satışa çıxarırlar.

Maraqlıdır, bu yuyucu tozun insana mənfi təsiri ola bilərmi?

Yeniavaz.com xəbər verir ki, mövzu ilə bağlı lent.az-ın suallarını cavablayan allerqoloq Asif Quliyev bildirib ki, saxta yuyucu tozlar xərçəng xəstəliyinin yaranmasına qədər gətirib çıxara bilər: “Saxta yuyucu vasitələr kimyəvi maddələrdən hazırlanır. Bu vasitələrin tərkibində olan maddələr insan bədəni il təmasda olarkən daxilə sorula bilir. Bu zaman orqanizm kimyəvi maddələrlə mübarizəyə məruz qalır və immun sistemi zəifləyir. Orqanizm gücünü itirir və xəstəliklər qarşısında aciz qalır. Bilirsiniz ki, xərçəng xəstəlikləri hazırda geniş yayılıb. Məsələn, döş xərçəngi, ginekoloji, prostat, ağciyər və s. Bu saxta vasitələrlə yuyulan paltarlar dəri və selikli qişa ilə təmasda olan zaman insan xəstəliyə məruz qala bilər. Paltarların yuyulması üçün istifadə olunan saxta yuyucu vasitələrin tərkibində olan kimyəvi maddələr xərçəng yaradır. Bundan başqa , həssas dərisi olan insanlarda dermatit xəstəliyə və müxtəlif allergik reaksiyalara səbəb olur”.

DİGƏR XƏBƏRLƏR

Top