“Formula-1”də kütləvi zəhərlənmə


Meksikada “Formula-1” paddokunda 160-a yaxın insan zəhərlənib.

Ağız boşluğu infeksiyasından zərər çəkənlərin çoxu “Maklaren”, “Reno”, və “Toro Rosso” komandalarının üzvləridir.  

“Toro Rosso”nun pilotu Pyer Qasli, özünü pis hiss etməsinə baxmayaraq, şənbə günü keçiriləcək sərbəst yürüş və kvalifikasiyalara hazırlaşır.

“Porşe”nin pilotu Tatyana Kalderon isə sağlamlıq durumu ilə əlaqədar sərbəst yürüşdə iştirak edə bilməyəcək.

Qeyd etmək lazımdır ki, xəstələnənlərin sayı daim artmaqdadır.

Oktyabrın 25-də “Formula-1” personalında da virus infeksiyası aşkarlanıb.(qafqazinfo)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top