Zelenski əsgərlərlə mübahisə etdi: "Mən hansısa hərif deyiləm"


Ukrayna prezidenti Vladimir Zelenski iki gündür Donbasda, münaqişə bölgəsindədir.

Dövlət başçısı burada Luqansk vilayətinin Zolotoye qəsəbəsinə baş çəkib. Həmin bölgə yeni ortaya atılan , “Ştaynmayer formulu”na görə qoşunların qarşılıqlı şəkildə çəkiləcəyi məntəqələrdən sayılır.

Prezident burada könüllü əsgərlər tərəfindən xoş qarşılanmayıb və hətta onlarla mübahisə edib.

Belə ki, hərbiləşdirilmiş birliyin iştirakçıları Nikolayevsk əyalətinin qubernatoru Aleksandr Stadnik vasitəsilə “Təslimiyyətə son” aksiyası çərçivəsində məktub ötürdüklərini deyiblər.

Son söz isə prezidenti özündən çıxarıb. “Burada kim təslimiyyətdən danışa bilər. Qulaq as, mənim 42 yaşım var və bu ölkənin prezidentiyəm, hansısa hərif də deyiləm (prezident Zelenski bu sözü rusca “lox” kəlməsi ilə ifadə edib-red.)

Bundan başqa o, tək istəyinin Donbasda sülhə nail olunmasından ibarət olduğunu söyləyib.

Ukrayna liderinin könüllülərlə mübahisəsi bundan sonra da bir qədər yüksək tonla sürüb və Vladimir Zelenski müşavirləri ilə birlikdə qəsəbəni əsəbi halda tərk edib.(musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top