Bu gün Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçiriləcək


Bu gün Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçiriləcək.

"Kapital Bank Arena"da "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma hər iki komanda üçün turnir cədvəlində irəliləmək baxımından önəmlidir. Hazırda 14 xalla 3-cü pillədə olan "Neftçi" qələbə qazanacağı təqdirdə, yenidən 2-ci pilləyə qayıdacaq və lider "Qarabağ"la xal fərqini ən azı bir gün müddətinə 5-ə endirəcək. 10 xalla 5-ci pillədə olan "Sumqayıt" isə qalib gəlsə, 1 pillə yüksələrək, "Neftçi" ilə fərqi minimuma endirəcək.

Bu komandaların ilk dövrədəki qarşılaşması qalmaqalla yekunlaşmışdı. Həmin oyunda "Neftçi"nin məşqçisi Etibar Tarıverdiyev "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovu vurduğu üçün 10 oyunluq cəzalanmış, sonradan həmin cəza yarıbayarı azaldılmışdı. Eyni zamanda "gənclik şəhəri" təmsilçisinin kapitanı Vurğun Hüseynovla flaqmanın futbolçusu Anton Krivotsyuk davada iştirak etdikləri üçün cəzalanmışdılar.

Bu, iki klub arasında 30-cu matç olacaq. Əvvəlki qarşılaşmalardan 10-da "Sumqayıt", 15-də "Neftçi" qələbə qazanıbsa, daha 4 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "ağ-qaralar" öndədir - 47:35. Son 3 görüşdə hər iki komanda qol sevinci yaşayıb. “Sumqayıt” evdə ardıcıl iki dəfə uduzub.

Azərbaycan Premyer Liqası, IX tur

27 oktyabr (bazar)

17:30. “Sumqayıt” – “Neftçi”Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli

“Kapital Bank Arena”

Qeyd edək ki, turun ilk iki oyununda "Keşlə" "Qəbələ"ni 2:1 hesabı ilə yenibsə, "Sabah" "Zirə" ilə heç-heçə edib - 2:2. 
(report)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top