KİV: Əl-Bağdadi öldürüldü


İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Amerikanın ən çox oxunan “Newsweek” jurnalı məlumat yayıb.

Jurnalın Pentaqon rəsmilərinə istinadən yaydığı xəbərdə bildirilir ki, Bağdadi özünü "intihar gödəkçəsi" ilə partladaraq öldürüb.

Xəbərdə həmçinin qeyd olunub ki, Bağdadinin öldürülməsi üçün ABŞ hərbiçilərinin gizli əməliyyat keçirməsi əmrini Tramp verib.

Hadisədən sonra Tramp "tvitter"dən "çox əhəmiyyətli hadisə olub" paylaşımını edib.

DİGƏR XƏBƏRLƏR

Top