İraqda hökumət əleyhinə aksiyalarda 63 nəfər öldürülüb


İraqda son 2 gündə hökumət əleyhinə aksiyaların gedişatında onlarla insan öldürülüb.

Bu barədə ölkənin hüquq müdafiəçiləri məlumat yayıblar.

Qeyd edilir ki, Bağdad, Maysan, Di-Kar, Bəsrə, Mutanna, Divaniyyə, Babil vilayətlərində keçirilən aksiyalar zamanı 63 nəfər həlak olub. Etirazlar zamanı həmçinin 2595 nəfər xəsarət alıb.

Məlumata görə, son 2 gündə dövlət orqanlarının və siyasi partiyaların 83 binasına zərər dəyib. 

Qeyd edək ki, cümə günü aksiyalar zamanı 30 nəfərin öldürüldüyü bildirilirdi. //Report

DİGƏR XƏBƏRLƏR

Top