“Samsung” smartfonlarında ciddi bir boşluq olduğunu etiraf edib


“Samsung Electronics” şirkətinin rəsmisi bildirib ki, mütəxəssislər istənilən şəxsin barmaq izi vasitəsilə “Galaxy S10” və “Galaxy Note 10” smartfonlarını blokdan çıxarmasına imkan verən boşluğun aradan qaldırılması üzərində işləyirlər.
 
Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, Böyük Britaniyanın “The Sun” nəşrində dərc edilmiş məqalə bu problemə böyük diqqət çəkib, lakin istifadəçilər buna qədər də ekran üçün silikon qorumasından istifadənin son dərəcə gözlənilməz nəticələr verdiyini və skaneri aldatmasından şikayətlənirdilər.
 
“Samsung”un nümayəndəsi bildirib ki, şirkət artıq barmaq izlərinin yanlış tanınması problemi barədə məlumatlıdır və təhlükəsizlik yeniləməsi üzərində işləyir.
 
“CNBC” məlumat verdiyi kimi barmaq izlərinin tanınması kimi biometrik identifikasiya üsulu son illərdə populyarlaşıb. Bu üsul ənənəvi şifrlərlə müqayisədə daha asan və daha təhlükəsiz hesab edilir. Ancaq ara-sıra böyük istehsalçıların cihazlarında barmaq izi skanerləri ilə bağlı problemlər olur.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top