Azərbaycanlı bloqer Moskvanın ən bahalı səmtində ev aldı - VİDEO

Rusiyada bloqerlik fəaliyyəti ilə məşhurlaşan əslən azərbaycanlı Hüseyn Həsənov aldığı dəbdəbəli evinin görüntülərini paylaşıb.  

Hüseyn Moskvanın ən bahalı və elit məkanlarından biri sayılan “Moskva Beynəlxalq İş Mərkəzi”ndə yerləşən və şəhərə möhtəşəm mənzərə açılan binada, 160 kvadrat metrlik 3 otaqlı mənzil alıb.  

İzləyicilərinin çoxsaylı mesajlarını nəzərə alan məşhur bloqer köç etdiyi yeni evini şəxsi “İnstagram” hesabının “Hekayə” bölməsində paylaşıb. Lüks binada dəbdəbəli evinin görüntülərini çəkən Hüseyn aldığı mənzilin qonaqlar üçün ayrı, özü üçün ayrı hamamı olduğunu dilə gətirib. Mənzilin ümümən üç hamam-tualeti var.  

Minimalistik və modern üslubda dizayn edilən ev olduqca bahalı mebellərlə təchiz olunub. Diqqət çəkən məqam isə mənzilin qiymətidir.  

Düzdür, Hüseyn Həsənov aldığı evin qiymətini açıqlamasa da, Oxu.Az-ın əməkdaşı həm bina, həm də orada satışa çıxarılan evlərin qiymətini araşdırıb. 2016-cı ildə istifadəyə verilən iki binadan ibarət “Şimal” və “Cənub” adlanan kompleks 85 və 49 mərtəbəlidir.  

Binada mənzillərin qiyməti mərtəbə və otaqların sayına görə dəyişir. Evlərin ilkin qiyməti 1 milyon manatdan başlayır, 3 milyon manata kimi yüksəlir.  

Qeyd edək ki, o, Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə, elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir. Onun 12 milyondan çox “İnstagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.//oxu.az

 

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top