Ermənistanda ömürlük məhbusa “Azərçay” paketlərində narkotik ötürdülər - FOTO


Ermənistan Cinayət İcra Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, “Sevan” həbsxanasının məhbuslarından birinin həyat yoldaşı ona “Azərçay” paketlərinin içərisində narkotik ötürmək istəyib.

Bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb.

Qeyd olunur ki, oktyabrın 26-da saat 04:40 radələrində “Sevan” Cəzaçəkmə Müəssisəsinin işçiləri gözətçi qüllələri arasında işıq şüaları görüblər. Ərazi dərhal növbətçi qrup tərəfindən yoxlanılıb. Qadağan olunmuş ərazidən 3 metr aralıda, alıcıya bağlamanı asanlıqla tapması üçün 3 ədəd fənərli alışqanın bağlandığı bir paket aşkarlanıb.

 


Paketdə müxtəlif adda və növdə narkotik maddələr olub.

Oktyabrın 25-də isə həyat yoldaşı tərəfindən ömürlük məhkum edilmiş şəxslərdən birinə gətirilən bağlamada "Azərçay" paketləri aşkarlanıb. Onların içərisində 746 qram marixuana olub.

Elə həmin gün kameralardan birində aparılan axtarış zamanı həbsxana əməkdaşları psixotrop maddələr tapıblar.

Tapılanların hamısı ekspertizaya göndərilib.//virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top