Almaniya Xarici İşlər Naziri çaşdı, türk həmkarı belə müdaxilə etdi - VİDEO


Türkiyə-Almaniyə Xarici İşlər Nazirlərinin görüşündə maraqlı hadisə yaşanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Almaniyanın Xarici İşlər Naziri Heiko Maas ilə Türkiyənin Xarici İşlər Naziri Mevlud Çavuşoğlu mətbuat konfransı keçirib. Türkiyəli jurnalist Almaniya tərəfinə Suriyadakı problemlərlə bağlı sual verib. Ancaq, alman Xarici İşlər Naziri sualın ona yox Mevlud Çavuşoğluna verildiyini zənn edib. Sualın sonunda Çavuşoğluna baxaraq onun cavab verməsini gözləyərkən türk həmkarı əli ilə işarə edərək sualın ona ünvanlandığını bildirib. Həmkarlar arasındakı bu hadisə maraqlı görüntülərə səbəb olub.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top