Balqabağın bilmədiyiniz FAYDALARI


Balqabaq qədim zamanlardan yetişdirilən tərəvəz bitkisidir. Dünyada 700-ə qədər növü olan balqabağın Azərbaycanda 3 növü becərilir. Balqabaq ölkəmizdə "qabaq", "kudu", "boranı" kimi də tanınır. Daha çox amerikalılar tərəfindən istifadə olunan balqabağın insan üçün faydaları var.

Yeniavaz.com xarici KİV-ə istinadən balqabağın faydalarını sizə təqdim edir:
Balqabaq vitamin və minerallarla zəngindir. Tərəvəzin tərkibində yüksək miqdarda A, B, E vitaminləri, dəmir, natrium, kalium, kalsium, maqnezium, sink, fosfor  kimi minerallar da var. Mütəxəssislər tərəfindən balqabağın tumlarından ürək xəstəliklərinin müalicəsində istifadə olunduğu bildirilir.
Balqabaq alergik reaksiyaların bədəndə artmasının, qrip və soyuqdəymə kimi xəstəliklərin qarşısını alır. Xüsusilə işləyən insanlarda daha çox rast gəlinən halsızlıq və stress kimi narahatlıqların təsirini azaldır. Aparılan araşdırmalara görə, yarım stəkan balqabaq suyu bədənin günlük A vitamininə olan ehtiyacını ödəyir. Kollagen maddəsinin miqdarını artıraraq dərinin daha parlaq və gənc  görünməsinə  yardım edir. Ara günlərdə püre halına gətirilib darçınla birlikdə istifadə edildikdə maddələr mübadiləsinin funksionallığını artırır. 150 qramında 30 kalori olan balqabaq pəhriz siyahılarında ilk sıralarda yer alır.
Tərkibində olan antioksidant maddələr bədəni virus, bakteriya və mikroblardan təmizləyir. Qaraciyər və ağciyərdə olan iltihablanmaların qarşısını alır. A vitamini baxımından zəngin olan balqabaq gözlərin zəifləmə riskini azaldır. Gözündə olan vitaminləri artıraraq katarakt xəstəliyi ilə mübarizə aparır.
Fəridə Qədirova

DİGƏR XƏBƏRLƏR

Top