Bu il sentyabr ayının 10-da Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) və ətraf ərazidə əsaslı təmir və tikinti işlərinin başlanması haqqında məlumat yaymışdı.
Yeniavaz.com xəbər verir ki, hazırda həmin ərazidə heç bir təmir və tikinti işi aparılmır. Hətta stadionun bir hissəsindən insanlar avtomobil dayanacağı kimi istifadə edir. Yaxınlıqdakı binalarda yaşayan uşaqlardan bəziləri burada futbol oynayır, sakinlər isə istirahət məqsədi ilə buraya üz tuturlar. İnşaat işlərinin aparılması məqsədi ilə buraya gətirilən iki ədəd texnika isə baxımsız halda stadionun bir tərəfində dayanıb. Hətta onlardan birinin çömçəsi pas tutub.
Əməkdaşımızın həmin ərazidə çəkdiyi fotoları təqdim edirik:
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.
Şahmərdan Əhmədli