Burun formasını dəyişdirmək istədi - kor oldu


Vyetnamda 13 yaşlı bir qız kosmetoloji burun prosedurunda sonra gözlərini itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “AsiaOne” saytı məlumat yayıb.
Məlumata görə, uzun müddət gözəl buruna sahib olmaq istəyən qız, valideynlərindən xəbərsiz kosmetik proseduraların aparıldığı spa salonuna gedib. Burnunun formasını dəyişmək üçün həkim qıza hiyaluron turşusu ilə inyeksiya üsulunu təklif edib. Sözügedən prosedurun qiyməti 2 milyon donq ( təqribən 146 manat) olsa da, həkim ödənişi hissə-hissə etməyi təklif edib.
Belə ki, inyeksiyadan yarım saat sonra qız özünü pis hiss etməyə başlayıb və vəziyyəti ağırlaşıb. Bir müddət sonra onun başı və sağ gözündə kəskin ağrılar başlayaraq, görməsi zəifləyib. Görmə qabiliyyətini itirən qız xəstəxanaya aparılaraq valideynlərinə xəbər verilib. Xəstəxanada məlum olub ki, turşu qızın göz damararını zədələyib. Həkimlər zədələnən gözün düzəlmə ehtimalının olmadığını qeyd ediblər.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top