Azərbaycanda millət vəkilinin istirahət mərkəzində ÖLÜM

Lənkəran rayonunda ölüm hadisəsi baş verib.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə “Palıdlı Sahil” istirahət mərkəzində qeydə alınıb.

Qubadlı rayonunda doğulan, Sumqayıt şəhərində yaşayan 1961-ci il təvvəlüdlü Ağayev Elbrus Əsgər oğlunun oktyabrın 25-də səhər saat 9-da vanna otağından meyiti tapılıb.

Meyitin müayinəsi zamanı onun bədənində hər hansı xəsarət izi aşkarlanmayıb. Meyit daxili müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin “MTE və PA ETT” Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təqdim olunub.

İlkin araşdırma zamanı məlum olub ki, E.Ağayev istirahət mərkəzinin birinci mərtəbəsində yerləşən vanna otağında yod-brom vannası qəbul edərkən qəfilətən vəziyyəti pisləşib və orada ölüb.

Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, KİV-də “Palıdlı Sahil” istirahət mərkəzinin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə aid olduğu iddia olunur.

DİGƏR XƏBƏRLƏR

Top