15 güllə vurulan şəxs xəstəxanaya getdi

.
ABŞ-ın Filadelfiya şəhərində 15 güllə ilə vurulan şəxs kömək almadan xəstəxanın təcili yardım şöbəsinə gedib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Filadelfiya şəhər polisinin məlumatına görə ötən gün şəhərin Kensinqton bölgəsində silah səsləri eşidilib. Hadisə yerinə gələn polis 23 güllə gilizi tapsa da, hər hansı yaralı şəxslə qarşılaşmayıb.
Daha sonra polis silahla 15 dəfə vurulmuş bir adamın xəstəxanada qeydə alınması ilə bağlı məlumatı əldə edib.
Məlumata görə, adı gizlin saxlanılan 27 yaşılı şəxsin vəziyyəti ağır olsa da, heç bir həyati  təhlükəsi yoxdur.
Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top