Dünyanın ilk romanının itmiş hissələri tapılıb


Tokioda dünya tarixinin ilk romanı olan “The Tale of Genji”nin (Gencinin hekayəsi) itmiş fəsilləri tapılıb.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, Yapon klassik ədəbiyyatının nümunəsi olan “Gencinin hekayəsi” romanı Tokio şəhərində Okoçi ailəsinin evində tapılıb. Ailənin dediyinə görə kitab onlara 1743-cü ildə hədiyyə edilib. Kioto Universitetinin professoru Junko Yamamoto tapılmış fəsillərin, romanın beşinci hissəsi olduğunu deyib.
Əsrlər keçsə belə öz önəmini itirməyən roman bir neçə dilə tərcümə edilərək nəşr ediləcəyi bildirilib.
Qeyd edək ki, dünya ədəbiyyatının ilk romanı sayılan əsər 11-ci əsrdə yazılıb. Roman, Gencji Monoqatari adlı şəhzadənin həyatı, yapon xalqının adət-ənənələri, və buddizmin tarixindən bəhs edir.
Şəbnəm Zahir

DİGƏR XƏBƏRLƏR

Top