ABŞ-da azadlığa buraxılan rus casus ölkəsinə qayıtdı - YENİLƏNİB


ABŞ-da Rusiya hökumətinə qarşı casusluq etdiyi iddia edilən Maria Butina Rusiyaya təhvil verilib.

Yeniavaz.com ria.ru-ya istinadla xəbər verir ki, Maria Butinanı "Şeremetovo" hava limanında Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi və ailəsi qarşılayıb. Jurnalistlərə açıqlama verən Butina həbsxanada yaşadığı çətinliklərdən danışıb. Stresdən uzaq olma üçün çoxlu kitablar oxuduğunu deyən Maria ölkəsinə qayıtmağın sevincini yaşadığını bildirib.
Qeyd edək ki, Maria Butina ABŞ-da Rusiya tərəfinə casusluq etdiyi iddiası ilə 18 ay həbsdə qalıb. ABŞ mətbuatında çıxan xəbərlərə görə o, casus olduğunu etiraf edib. Rusiya prezidenti Vladimir Putin isə xaricdə fəaliyyat göstərən elə bir əməkdaşlarının olmadığını bildirmişdi.

***13:13

Bir müddət əvvəl Rusiya hökuməti adına ABŞ-da casusluq etdiyi iddia edilən Maria Butina azadlığa buraxılıb.
Yeniavaz.com news.com.au-ya istinadla xəbər verir ki, casusluq etdiyi üçün ABŞ-ın Florida ştatında həbs edilən Maria Butina 18 aydan sonra azadlığa çıxıb. Hazırda, Marianın ABŞ-dan deportasiya edilməsi üçün işlər davam edir. 31 yaşlı qadın qısa vaxtda öz ölkəsinə qayıdacaq.
Qeyd edək ki, Butina ABŞ kəşfiyyatına agent olduğunu etiraf edib ancaq, Vladimir Putin Rusiya adına xaricdə fəaliyyat göstərən elə bir əməkdaşlarının olmadığı söyləmişdi.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top