Bakıda "BMW" ilə yoxa çıxan Elvinin öldürülməsinin TƏFƏRRÜATLARI


Bakıda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Binəqədi rayon sakini, 32 yaşlı Elvin Həbibzadə idarə etdiyi “BMW” markalı avtomobili ilə birgə yaşadığı evdən çıxaraq itkin düşüb.

Araşdırmalar zamanı onu tanışları - 1991-ci il təvəllüdlü Səbuhi Ələkbərov və 1992-ci il təvəllüdlü Rəşid Fətullayev tərəfindən Qaradağ rayonu Sahil qəsəbəsində qətlə yetirildiyi müəyyən edilib.

Daha sonra hər iki şəxs E.Həbibzadənin meyitini mərhumun avtomobili ilə S.Ələkbərovun Türkan qəsəbəsi ərazisində babasına məxsus bağ evinə apararaq həyətdəki su quyusuna atıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış zamanı S.Ələkbərov və R.Fətullyaev saxlanılıb.

E.Həbibzadənin meyiti isə quyudan çıxarılıb.

Rayon prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top