Azərbaycanlının avtomobilini oğurlayan şəxs belə yaxalandı – ANBAAN VİDEO


Antalyada əslən azərbaycanlı olan şəxsin avtomobili oğurlanıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, D. Halil adlı şəxs əslən azərbaycanlı olan Bəxtiyar Muradova aid fermaya girib. Bir müddətdən sonra oradan çıxan D. Halil 06 AE 1205 nömrə nişanlı avtomobili oğurlayıb. Vəziyyəti başa düşən B. Muradov başqa avtomobilə minərək oğrunu təqib edib.
10 km yol qət etdikdən sonra B. Muradov oğrunun idarə etdiyi avtomobilin qarşısını kəsib. Bu zaman B. Muradov avtomobilindən enərək əlini oğurlanan maşının pəncərəsindən içəri salıb açarı çıxarmağa çalışıb. Lakin D. Halil üzərindəki tapança ilə onun əlinə vuraraq avtomobili sürməyə davam edib.
Polislərin 30 km təqibindən sonra D. Halil qəza törədib. Bu zaman o qaçmağa çalışsa da, polisin xəbərdarlıq atəşindən sonra Cəhənnəm Dairəsi adlanan ərazidə tutulub.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top