Makqreqora Moskvada butulka atdılar - VİDEO

Rusiyanın Moskva şəhərinə səfər edən tanınmış döyüşçü Konor Makqreqor xoşagəlməz hadisə ilə üzləşib. 

Yeniavaz.com xəbər verir ki, hotellərin birində açıq məşq keçirən irlandiyalı döyüşçüyə zaldan butulka atılıb.

Makqreqor cəld tərpənərək zərbədən özünü qoruya bilib. Hücumçu Konora təhqirlər səsləndirmək istədiyi zaman mühafizəçilərin köməyilə zaldan uzaqlaşdırılıb.

Konor “Gördünüz, kimdir qorxaq? Budur, mənəm, gəlin, gəlin” deyə zalda əyləşənlərə səslənib. 

Qeyd edək ki, Konor Makqreqora qarşı hücumun onun dağıstanlıların ünvanına işlətdiyi təhqiramiz fikirlərlə bağlı olduğu ehtimal edilir.

 

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top