Bakıda MÜƏMMA - Daha bir kişi maşını ilə yoxa çıxdı

Bakıda 29 yaşlı kişi maşını ilə birgə itkin düşüb.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

1990-cı il təvəllüdlü Abbasov Rövşən Ramazan oğlu oktyabrın 17-də idarə etdiyi “KİA” markalı, 85 DN 564 dövlət nömrə nişanlı avtomobili ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı onun atası polisə müraciət edib.

Fakt araşdırılır.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top