Azərbaycandan beynəlxalq müsabiqəyə təqdim etmək üçün 10 təklif səsverməyə çıxarılıb

“Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi münasibətilə Azərbaycanda təşkil edilən "BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsinin adlarla bağlı təkliflərin qəbulu mərhələsi başa çatıb. Müsabiqəyə təqdim olunan 1000-dən çox təklif arasından 10 təklif seçilib və ictimaiyyətin açıq səsverməsi üçün təqdim olunub”. 

Yeniavaz.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Tusi-Bohm Planetariumun rəhbəri Famil Mustafa deyib. O bildirib ki, səsvermə 25 oktyabrdan 10 noyabra kimi davam edəcək. 

“Səsvermə mərhələsi zamanı BAİ-nin Azərbaycan üzrə Astronomiya Əlaqələndirmə İdarəsinin saytında ictimaiyyətin online səs verməsi üçün link təqdim olunub. Yekunda ən çox səs toplamış 3 təklif baxılması üçün Beynəlxalq Astronomiya İttifaqına göndəriləcək. BAİ tərəfindən 3 təklifdən biri seçiləcək. “BAİ100 Ekzoplanetləri adlandırın” İdarə Heyətinin yekun qiymətləndirməsindən sonra nəticələr dekabrda elan ediləcək.

Bildirək ki, 10 təkliflə bu link (http://iau.shao.az/nameexoworlds/?page=vote&fbclid=IwAR1uon1rBwEtuBcTLv4IZXb45a_4zTuiTtnT2laKvkWCjlrPWzzvh4uyPmA) vasitəsilə tanış olub səs verə bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top