Prezident: “Artıq Sudan xalqı öz taleyinin sahibidir”

“Son aylarda Sudanda ciddi dəyişikliklər olub, dinc inqilab nəticəsində hakimiyyət dəyişikliyi baş verib və yeni hökumət qurulub”.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünün debat müzakirələrində Sudan Prezidenti Abdul-Fattah Al-Burhan deyib.
Prezident bildirib ki, artıq Sudan terroru dəstəkləyən dövlətlərin siyahısından çıxarılıb.
Onun sözlərinə görə, ölkəsinin iqtisadi sektorunda da dəyişikliklər baş verib: “Artıq Sudan xalqı öz taleyinin sahibidir. Biz beynəlxalq ictimaiyyətin konstruktiv üzvü olmağı arzulayırıq. Ölkəmiz Qoşulmama Hərəkatının prinsiplərinə sadiqdir. Biz bu prinsipləri ölkə daxilində tətbiq edirik. Eyni zamanda Qoşulmama Hərəkatı daxilində də canlanma və dönüş yaratmaq istəyirik”.
Sudan dövlət başçısı qeyd edib ki, Sudan beynəlxalq problemlərin həllinə öz töhfəsini verməyə çalışacaq.

DİGƏR XƏBƏRLƏR

Top