Mayk Tayson: "Əgər Antoni Caşuanı mən hazırlasaydım..."


Məşhur boksçu Mayk Tayson kariyerasında ilk dəfə gözlənilməz məğlubiyyət alan Antoni Caşuanın dünyada ən yaxşı boksçu ola biləcəyini bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, dünyanın ən güclü boksçularından sayılan Antoni Caşuanın Endi Ruizə gözlənilməz məğlubiyyətindən sonra revanş matçı gündəmə gəlib. Dekabr ayının 7-də baş tutacağı gözlənilən döyüş barədə Mayk Tayson öz fikirlərini söyləyib. O, Caşuanın daha yaxşı döyüşə biləcəyini bildirib: "Məncə Caşua dünyanın ən yaxşı boksçusu ola bilər. Endi Ruizə məğlub olanda çox böyük xətalar etdi ancaq, onun boks barədə kifayət qədər potensialı var. Əgər onu mən hazırlasaydım hər şey daha yaxşı olardı".

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top