“Sənət adamlarının bir balaca başı xarabdır” - Eldar Qasımov

Müğənni Eldar Qasımov “X maqazin” verilişində qonaq olub.
İfaçı son vaxtlar Nigar Camalın mahnılarını bəyənmədiyini etiraf edib:
“Səmraya qulaq asıram, Natavanın “Qısqana-qısqana” mahnısından xoşum gəlir.
Nigara qulaq asırdım. Son vaxtlar Nigar Camalın mahnılarından xoşum gəlmir. Bunu özünə də deyirəm. Hirslənsə də neyləyim? Bu mənim öz fikrimdir. Natavanın “Qısqana-qısqana” mahnısından xoşum gəlir” 
E.Qasımov sənət adamlarının xüsusi olduqlarından danışıb və onları başdanxarab adlandırıb:
“Düşünürəm ki, sənət adamlarının bir balaca başı xarabdır. Yaradıcı insanlar xüsusi olurlar. Heç kəsin xətrinə dəyməsin. Onlar çox özəldirlər amma bu da bizi biz edir”. (yenisabah)

DİGƏR XƏBƏRLƏR

Top