Ərdoğan Fransada nəşr olunan jurnalı məhkəməyə verdi - FOTO


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında “məhv edən” deyə bəhs edən jurnalı məhkəməyə verib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Fransada nəşr olunan “Le Point” jurnalı bu sözü üz qabığında verdiyi Ərdoğanın fotosunun üstünə yazıb. Həmçinin başlıqda oxuculara “Onun kürdləri öldürməyinə və Avropanı təhdid etməsinə icazə verəcəyik?” deyə sual ünvanlayıb. Digər diqqət çəkən ifadə isə “Etnik təmizləmə - Ərdoğanın üslubu” ifadəsi olub.
Prezident R. T. Ərdoğan isə hər həftə dərc olunan jurnalı, rəhbərini və müəllif  Romeyn Quberti məhkəməyə verib.
Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın isə məsələyə sosial şəbəkədən belə reaksiya verib:
“Əlcəzair, Mərakeş kimi bir çox Afrika ölkəsini talayan, minlərlə insanı qətlə yetirən, qul ticarəti edən və Ruandada baş verən soyqrımı izləyən Fransa. Və bizi etnik təmizləmə ilə ittiham edən Fransa jurnalı”.
Qeyd edək ki, “Le Point” jurnalı daha əvvəl də Ərdoğanı “diktator” adlandırmışdı.
 

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top