Sabah ermənilər Rusiyada təxribat törətməyə hazırlaşırlar - Saat 17:25-də


Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində 2-ci Dünya Müharibəsi zamanı faşist qoşunlarının tərkibində SSRİ-yə qarşı vuruşan Qaregin Njdenin (Ter-Arutyunyan) həyatından bəhs edən sənədli film nümayiş etdiriləcək.
Yeniavaz.com xəbər verir ki, sənədli film 26 oktyabr tarixində, yerli vaxtla saat 17:25-də şəhərin "Monitor Krasnaya Ploşad" kinoteatrında nümayiş olunacaq.
Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının oktyabr ayının11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən çıxışı zamanı bildirib ki, Ermənistanın keçmiş hökuməti İrəvanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbiylə xidmət edən faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə qoyub.
Prezidentin bu açıqlamasından sonra Rusiya Dövlət Dumasında MDB üzrə komitənin sədri Leonid Kalaşnikov Armavir şəhərində ermənilərə məxsus kilsənin həyətinə qoyulan Qaragin Njdenin xatirə lövhəsinin sökülməsi üçün əlindən gələni edəcəyini bildirib. Deputat bildirib ki, 2-ci Dünya Müharibəsi zamanı həlak olan insanların abidəsinin yanına Qaragin Njdenin şəkilinin qoyulması onlara qarşı hörmətsizlikdir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Rusiya qanunlarına görə dövlət kilsə ərazisinə müdaxilə edə bilməz: "Amma Rusiyanın Qaragin Njde ilə bağlı rəsmi mövqeyi açıqlanıb".
Məlumat üçün bildirək ki, Rusiya Xarici İşlər Nazirliyinin bu ilin may ayında açıqladığı hesabatda faşist qoşunlarının tərkibində SSRİ-yə qarşı vuruşan Qaragen Njdeyə İrəvanda heykəl qoyulması açıq şəkildə pislənilib.
Rusiyanın Qaragin Njde ilə bağlı rəsmi mövqeyinə baxmayaraq ermənilər yenə təxribata əl atmaqdan çəkinmirlər.  
Onu da bildirək ki, kilsə ərazisində fərqli olaraq kinoteatrlara dövlət müdaxilə edə bilir. Sabah Armavir  şəhərinin rəsmi orqanlarının "Monitor Krasnaya Ploşad" kinoteatrında nümayiş olunması planlaşdırılan sənədli filmlə bağlı hansı addımlar atacağı barədə məlumat verilmir.
Qeyd edək ki, Armavir şəhəri Rusiyada ermənilərin ən sıx məskunlaşdığı şəhər hesab olunur. Şəhər əhalisinin təxminən 10%-ni ermənilər təşkil edir.
 
Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top