Mingəçevirdə yeni doğulan uşağın körpücük sümüyü sındı – Xəstəxanadan AÇIQLAMA


Mingəçevir xəstəxanasında yeni doğulan qız  uşağı doğuş zamanı travma alıb.
Yeniavaz.com xəbər verir ki, körpücük sümüyünün sınığı, sinirinin parezi ilə nəticələnən doğuş olmuşdur. Bu vəziyyətdən narahat olan xəstənin valideyinləri həkim səhlənkarlığının qurbanı olduqlarını deyir.
3 gün bundan öncə qız uşağı dünyaya gətirən Əfsanə İbrahimovanın 9 ay həkim nəzarətində normal hamiləlik keçirdiyini bildirən körpənin nənəsi Çiçək İbrahimova: “Biz bu vəziyyətlə barışmırıq, uşağı xəstəxanadan çıxarmayacağıq. Çünki bu uşağı müalicə etdirməyə bizim imkanımız yoxdur. Zəhmət çəksin həkim necə mənim uşağımı şikəst edibsə elə də müalicə etdirsin. Onu da deyim ki, doğuş həkimi Gülnarə Quliyeva bizi təhqir də edib. Biz sağlam övladımızı tələb edirik” - deyib.
Doğuş həkimi Gülnarə Quliyeva müəyyən səbəbdən üsahibə verməkdən boyun qaçırdı.
Xəstəxananın Keyfiyyətə Nəzarət Komitəsinin idarə olunmasının rəhbəri Səadət Səmədova: “22.10.2019-cu il tarixdə 20 yaşlı, Əfsanə İbrahimova 39-40 həftəlik hamiləliklə xəstəxanaya daxil olub. 23.10 2019-cu il tarixdə 3kq 700 qr çəkidə normal doğuşla qız uşağı dünyaya gəlib. Doğuş körpücük sümüyünün sınığı, üz sinirinin parezi ilə nəticələnmişdi. Hazırda uşağın müayinəsi davam edir ananın və uşağın vəziyyəti kafidir” - deyib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top