Taksi sürücüsündən maraqlı icad - FOTO


Türkiyədə 17 ildir taksi fəaliyyəti ilə məşğul olan şəxs təhlükəyə qarşı yeni metod tətbiq edib.
Yeniavaz.com iha.com-a istinadla xəbər verir ki, Türkiyədə 17 ildir taksi işlədən Hakan Doğan adlı sürücü avtomobilin damında xüsusi hazırlanmış monitor quraşdırıb. Siqnalla idarə edilən həmin monitorda təhlükə anında "Kömək edin", "POLİS" yazıları çıxır. Sürücü bildirib ki, monitorda həmin yazıları görən şəxslər təcili polisə müraciət etməlidir. Təhlükəyə qarşı hazırlanan həmin monitor kütləvi şəkildə yayıldıqdan sonra taksi sürücülərinin təhlükədən uzaq olacaqları ehtimal edilir.


Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top