Evdən 8 min manatlıq qızıl-zinyət əşyaları oğurlayan şəxs saxlanıldı - FOTO


Oktyabrın 18-də Tovuz Rayon Polis Şöbəsinə rayonun Qovlar şəhər sakini ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq, oradan 8000 manat dəyərində qızıl-zinyət əşyaları oğurladığını bildirib.
Yeniavaz.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun məlumatına görə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qovlar şəhər sakini, Ayaz Qasımov saxlanılaraq şöbəyə gətirilib. Dindirilmə zamanı o törətdiyi oğruluq hadisəsini etiraf edib.
Faktla bağlı araşdırmalar aparılır.

Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top