Azərbaycanda 30 nəfərin işgəncədən ölməsi barədə yayılan məlumatlara - RƏSMİ CAVAB

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi bəyanat yayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komitədən APA-ya məlumat daxil olub. Qeyd olunub ki, son günlər bəzi şəxslər komitə adından istifadə edərək açıqlamalar verir, təşkilatın adına ləkə gətirir: "Özlərini "Repressiya və İşgəncələr Əleyhinə Komitə" adlandıran qurum bizim komitənin adından sui-istifadə edir. Həmin ad altında birləşən şəxslər mətbuat konfransı keçirərək İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin adından həqiqətə uyğun olmayan bəyanatlar veriblər. Onlar bizim komitənin adından istifadə etməklə özlərini reklam edir, İşgəncələrə qarşı Komitənin imicinə zərər vurmaq istəyir. Bildiririk ki, həmin adamlar İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin üzvləri deyil və bizim komitənin adından heç bir bəyanat yaya bilməzlər. Biz işgəncələrə qarşı mübarizə aparan təşkilatıq, mütəmadi olaraq işgəncə faktlarının araşdırılması ilə bağlı məşğuluq. Bildiririk ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi işgəncə faktları ilə bağlı heç bir bəyanat verməyib. Bir qrup şəxs özbaşına yığılaraq bizim təşkilatın adından tədbir keçirib və orada ağlasığmaz bəyanatlar verib, guya Azərbaycanda 30 nəfərdən artıq şəxsin işgəncədən dünyasını dəyişdiyini bəyan edib. Həmin şəxslər bu cür iyrəncliklə özlərini reklam etmək, ictimaiyyəti çaşdırmaq istəyirlər. Onlardan soruşmaq lazımdır ki, hansı əsasla, hansı statistikaya əsaslanaraq belə bir fantastik rəqəm açıqlayıblar. Bu cür insanlar müəyyən qruplaşma halında toplaşaraq ermənipərəst qüvvələrin sifarişi ilə Azərbaycana qarşı qarayaxma kompaniyası aparır, Azərbaycan dövləti və dövlətçiliyinə qarşı çıxırlar".
Bəyanatda həmçinin qeyd edilir ki, həmin şəxslər təşkil etdikləri qanunsuz yığıncaqda Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşlarını "erməni" adlandırmaqla polis əməkdaşlarının şərəf və ləyaqətini təhqir ediblər.

DİGƏR XƏBƏRLƏR

Top