Trans yağları bu dəhşətli xəstəlikləri yaradır - SİYAHI


Qida-sənayesi sektorunun inkişafı ilə yağlara tələbat da artdı. Bunu görən sahibkarlar trans yağ adlanan suni yağın istehsalına başladılar. Trans yağlar sərfəli idi çünki ucuz başa gəlirdi.
Trans yağ nədir?
Yağlar doymuş və doymamış olaraq iki növə ayrılır. Doymuş yağlar normal şəraitdə bərk, doymamış yağlara isə duru halda olur. Trans yağlar isə doymamış yağlara hidrogen əlavə olunmaqla hazırlanır. Bu proses yağı suni hala gətirir və insan sağlamlığı üçün təhlükə yaradır.
Trans yağlar hansı xəstəliklərə yol açar?
Mütəxəssislərin araşdırmalarına əsasən trans yağlar bir çox ciddi fəsadlara yol açır.
Yeniavaz.com trans yağlardan istifadə zamanı yaranacaq xəstəlikləri sizə təqdim edir:
1. Qaraciyər xəstəlikləri
2. Qadın sonsuzluğu
3. Diabet
4. Piylənmə
5. Alzaymer riskini artırır

Trans yağlar əsasən bu qidalarda mövcuddur:
1. Qızartmalar
2. Marketdəki hazır qidalar
3. Donmuş yeməklər
4. Marqarin və ya qatqılı yağlar
5. Hazır kekslər, şirniyyatlar
 
Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top