82 yaşlı Ağacan Abıyev: Gələn il deputat olmayacam!


"Gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etməyəcəm”. 


Yeniavaz.com xəbər verir ki, bu barədə Unikal.org-a Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

O bildirib ki, gələn il yaş həddi ilə əlaqədar Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyini irəli sürməyəcək: 

"Artıq mən yaşlanmışam. Hesab edirəm ki, bizim yerimizi gənclər tutmalıdır”.

Qeyd edək ki, Ağacan Abıyev 24 noyabr 1937-ci ildə Bakı şəhərində anadan olub. 

DİGƏR XƏBƏRLƏR

Top