Güllələnən ekstrasensin görüntüləri: Evlərdən cadu çıxarırmış - VİDEO


Xəbər verdiyimizkimi, tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.


Məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus restoranlarının birində toplaşıb.
 
Məclisin qızğın yerində Nadim və dəvətlilər qəflətən silahlı hücuma məruz qalıb. Nadim Əlixanov və bir rusiyalı qız ağır yaralanıb. Güllə Alixanovun boyun və çiyninə, qızın isə qarın boşluğuna dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məclisdə kriminal aləmin nümayəndələri olduğundan hadisənin qisas zəminində törədildiyi istisna olunmur.

Nadim Alixanovun qardaşı Nofiq Alixanov faktı təsdiqləyib. O, qardaşının hazırda reanimasiyada olduğunu bildirib. Məlumatı baku.ws saytı yayıb.
 
Yeniavaz.com Azxəbər.com-a istinadən xəbər verir ki, ekstrasensin maraqlı videoları da sosial şəbəkələrdə yayılıb. Belə ki, onun Rusiyada yaşayan azərbaycanlıların evindən cadu çıxardığı və tez-tez bu videoları paylaşdıqları ortaya çıxıb.
 
Nadimin bəzi videolarını təqdim edirik:
 
  
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top