İTV telekanalında yayımlanan “3D” verlişinin budəfəki qonağı futbol millimizin sabiq oyunçusu Vaqif Cavadov olub.
Yeniavaz.com xəbər verir ki, aparcı Dadaş Dadaşlinski ötən gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Çexiyada hotellərin birində siqaret çəkməsi ilə bağlı sual ünvanlayıb.
V.Cavadovun bildirib ki, futbolçular siqaret çəkən zaman elə çəkməlidir ki, heç kim bilməsin:
“Belə deyim, onlar ağıllı futbolçu deyillər deyə bu hərəkəti ediblər. Ağıllı insan, ağıllı futbolçu olsalar belə, bunu elə etmək lazımdır ki, nə rəhbərlik nə baş məşqçi bilsin. Eyni zamanda hotelə də ziyan dəysin. Siqaret çəkmək qəti qadağandır və hər bir insana zərərlidir. O ki qaldı əgər artıq çəkirsə bunu elə etməlidir ki, kimsə bilməsin və kiməsə zərər gəlməsin”.
Sabiq furbolçu eyni zamanda vaxtilə özünün də oyun olmadığı və istrahətdə olduğu zaman qəlyan çəkdiyini etiraf edib.
Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Çexiyada hotellərin birində siqaret çəkməsi xəbər AFFA tərəfindən təstiqlənib və artıq futbolçuların baş məşqçi tərəfindən cəzalandırıldıqları bildirilib.
İlahə Hüseynova