
ABŞ-da polislər 1 yaşlı uşağı ölümdən xilas edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da bir qadın körpəsinin yemək yeyərkən boğularaq huşunu itirdiyini görüb şoka düşüb.
Özünü itirən qadın körpəsini götürərək küçədə insanlardan yardım istəməyə başlayıb.
Xoşbəxtlikdən yaxınlıqdakı polis əməkdaşları qadını görüb körpəyə ilkin tibbi yardım gösətriblər.
10 dəqiqəyə yaxın nəfəs almayan uşaq nəhayət ayılıb və xəstəxanaya çatdırılıb.
Həmin hadisə anbaan polisin təhlükəsizlik kameralarına yansıyıb.
Ruslan Yusibov