Küçədə qucaqlaşan qızla oğlana irad tutdu - Mübahisə ölümlə bitdi


Bakıda qəribə qətl hadisəsi baş verib.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-ü gecə saatlarında Xətai rayonu, N.Tusi küçəsində baş verib. 

1967-ci il təvəllüdlü Hamlet Novruzov tanışları olan Qəribağa və Sərfinazla yemək yeyib, spirtli içki qəbul ediblər. Daha sonra onlar küçədə gəzintiyə çıxıblar, sərxoş vəziyyətdə olan Qəribağa və Sərfinaz yol kənarında qucaqlaşıblar. Həmin zaman küçədən keçən Türkmənistan vətəndaşı olan və Bakının Vişnyovka-1 qəsəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü Murad Tağıyev onlara müdaxilə edərək ictimai yerdə qucaqlaşmamağı tələb edib. Onun bu etirazına görə tərəflər mübahisə edib.

Həmin zaman yaxınlıqda olan Hamlet Novruz mübahisəyə müdaxilə edərək Murad Tağıyevə iradını bildirib, dava zamanı M.Tağıyev üzərindəki bıçaqla Hamletin ürəyindən bir zərbə vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb, Murad Tağıyev tutulub, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top