Bakıda hamını təəccübləndirən qurğu tıxaca səbəb oldu - FOTOLAR


Babək prospektində (maşın bazarının qarşısında) sıxılmış qaz borusunun daşınması zamanı əmələ gələn çətinlik nəqliyyat vasitələrinin hərəkətinə mane yaradıb.
Yeniavaz.com xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, hazırda Babək prospekti şəhər istiqamətində sıxlıq müşahidə edilir: "Bu səbəbdən həmin ərazidən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr var".


Qeyd edək ki, dünən paytaxta LPG qazlarının saxlanması üçün unikal böyüklükdə qurğu gətirilib. İtaliya istehsalı olan qurğunun gətirilməsində əsas səbəb “SOCAR”ın Heydər Əliyev adına Neft emalı zavodunun müasirləşdirilməsi tədbirləridir. Uzunu 35 metr, həcmi 345 ton olan qurğu Qafqazda ilkdir. Növbəti mərhələdə isə 66 metr uzunluğunda olan daha irihəcmli qurğunun gətirilməsi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top