"Məmur vətəndaşa xidmət göstərməli, problemini dinləməlidir" - DEPUTAT


"İstər icraedici, istər qanunverici, istərsə də məhkəmə orqanlarının nümayəndələri nəinki deputatın, sadə vətəndaşların müraciətlərinə həssas yanaşmalı, dərhal cavab verməlidirlər".

Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nəsib Məhəməliyevin “Report”a müsahibəsində deyib.
O qeyd edib ki, söhbət qanuni müraciətdən gedir, heç vaxt kiməsə qanundankənar, şəxsi işimlə bağlı müraciət etməyib:
"Bundan sonra da etmərəm... Məmur dövlətin inkişafını istəyirsə, vətəndaşa xidmət göstərməli, problemini dinləməlidir. Məmur müasir informasiya texnologiyalarından istifadə etməli, vətəndaş harasa getmədən, evindən onun elektron ünvanına müraciətini göndərməlidir. Məmurun da borcudur, cavablandırsın. Yəni burada söhbət deputatın müraciətindən getmir, bütövlükdə vətəndaşdan gedir. Təəssüflər olsun ki, bəzi hallarda deputatın belə müraciətinə baxılmır. Bu məmurların şəxsi keyfiyyətləri və peşəkarlığına bağlı məsələdir".

DİGƏR XƏBƏRLƏR

Top