60-a yaxın ölkənin dövlət və hökumət başçısı Bakıya gəlib


Bu gün Bakıda Qoşulmama Hərəkatının XVIII sammiti işinə başlayacaq.

Yeniavaz.com xəbər verir ki, sammitdə 158 ölkə və beynəlxalq təşkilat iştirak edir.
Sammit zamanı təşkilata sədrlik 3 il müddətinə Azərbaycana keçəcək.
Zirvə Görüşünə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək. Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.
Sammitdə dörd sənədin qəbul ediləcəyi gözlənilir.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitinin yekun sənədində öz əksini tapacaq.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top