"Qarabağ" Avropa Liqasında APOEL-lə heç-heçə oynayıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandasını qəbul edib.

Evdə keçirdiyi ilk turda İspaniya “Sevilya”sına 0:3 hesabı ilə uduzan, ardınca Lüksemburqda “Düdelanj”a 4:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri ikinci qələbə üçün meydana çıxıblar. Tofiq Bəhramov adına Respublika stadionunun dolu tribunaları önünə çıxan çempionumuz erkən qolla azarkeşləri sevindirib.

Dani Kintana Miçelin ötürməsindən sonra qonaqları mərkəzdən başlamağa məcbur edib. Oyunun əvvəlində ərazi üstünlüyünə də malik olan “Qarabağ” tədricən rəqibin təzyiqini hiss etməyə başlayıb.

APOEL hissənin sonunadək iki qol vuraraq hesabda önə keçməyi bacarıb. Öncə Nikolas İoannou, fasilə ərəfəsində isə Linus Hallenius fərqlənib. İkinci qol “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun kobud səhvindən sonra vurulub. 37 yaşlı veteran futbolçu cərimə meydanı daxilində topu rəqibə “hədiyyə” edərək qolun vurulmasına şərait yaradıb.

İkinci hissəyə hücumlarla başlayan “Qarabağ” rəqib qapısına ardıcıl həmlələr təşkil edib. 59-cu dəqiqədə təmsilçimiz istəyinə çatıb. Qapı önünə hava ötürməsini Aylton baş zərbəsi ilə tamamlayıb – 2:2.

Hesab bərabərləşdikdən sonra topa daha çox nəzarət edən “Qarabağ” rəqib qapısına hücumların sayını da artırıb. Lakin qonaqlar da topa yiyələnən kimi irəli atılmağa çalışıblar. Komandalardan heç biri qələbə qolunu vura bilməyib. Nəticədə “Qarabağ” evdə ilk, ümumilikdə 4-cü xalını toplayıb. A qrupunun autsayderi olan APOEL isə ilk xalına sevinib.

Qeyd edək ki, qrupun digər oyununda “Sevilya” (İspaniya) “Düdelanj”la (Lüksemburq) qarşılaşacaq.

Avropa Liqası
Qrup mərhələsi, III tur
A qrupu, 24 oktyabr
20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 2:2
Qollar: 
Kintana, 13, Aylton, 58 - İoannou, 29, Hallenius, 45+1
Baş hakim: Filip Qlova (Slovakiya)
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 99. Queye Maqaye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev. 
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorqos Merkis, 44. Nkolas İoannou (k), 90. Vujidan Saviç, 91. Draqan Mixayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. Giorge Efrem, 17. Antonio Yakolis, 23. Joajinyo, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

1

Sevilya

2

2

0

0

4-0

6

2

Qarabağ

3

1

1

1

5-5

4

3

Düdelanj

2

1

0

1

5-7

3

4

APOEL

3

0

1

2

4-6

1

APA


20.57
"Qarabağ" və APOEL (Kipr) komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin III tur oyunu  üçün start heyətləri açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, Dani Kintana 14.Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov. 99. Maqaye Qeye
APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9, Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorgos Merkis, 44. Nikolas İoannu (k), Vuyadin Saviç, 91. Draqan Mixayloviç
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Oyuna BURADAN baxmaq olar:
 

DİGƏR XƏBƏRLƏR

Top