Avropa İttifaqı İngiltərə ilə bağlı qərarını cümə günü açıqlayacaq


Avropa İttifaqı "Brexit"lə bağlı qərarını cümə günü açıqlayacaq.
Avropa İttifaqına (Aİ) üzv ölkələrin Brüsseldə toplaşan səfirləri İngiltərənin "Brexit"i təxirə salmaq istəyi ilə əlaqədar qərarın təxirə salınıb-salınmayacağını oktyabrın 25-də elan edəcəklər.
Avropa Şurasının prezidenti Donald Tusk üzv ölkələrin liderlərinə "Brexit"in təxirə salınmasını tövsiyə edib. O, Britaniyanın Aİ-ni razılaşma olmadan tərk etməsinin qarşısını almağın zəruriliyini vurğulayıb.
Xatırladaq ki, Britaniyanın Baş Naziri Boris Conson "Brexit"in yanvarın 31-nə qədər təxirə salınması üçün Avropa İttifaqına məktub yazıb. (azertag)

DİGƏR XƏBƏRLƏR

Top