Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Bu barədə YAP-ın Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, partiyanın İdarə Heyəti Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. Qərarda göstərilib ki, Yeni Azərbaycan Partiyası dekabrın 23-də Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərində ölkəni əhatə edən bütün bələdiyyələr üzrə seçkilərdə iştirak etsin. (qafqazinfo)