Mərkəzi Bankla Dövlət Neft Fondu birləşdirilir - Şahmar Mövsumov rəhbərliyə gətirilir


Elman Rüstəmov Baş nazirin müavini postuna gətirilir.

Ölkə Prezidenti tərəfindən son günlərdə aparılan struktur və kadr islahatlarının yeni dalğası barədə xəbərlər var.

Yeniavaz.com xəbər verir ki, bu barədə Modern.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Bu məlumatlar sırasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun vəzifədən azad ediləcəyi barədə xəbərin gerçək olduğu bildirilir.

Mənbənin verdiyi məlumata görə, Elman Rüstəmov vəzifəsindən artıq istefa verib.

Yaxın günlərdə onunla bağlı Prezident tərəfindən yeni sərəncam veriləcəyi gözlənilir.

Ölkə başçısının digər sərəncamı ilə E.Rüstəmovun Baş nazirinin müavini postuna gətiriləcəyi bildirilir.

Struktur islahatlarının davamı kimi Mərkəzi Bankın Dövlət Neft Fondu ilə birləşdiriləcəyi vurğulanır. O da qeyd edilir ki, birləşdiriləcək qurumun rəhbərliyinə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov gətiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top