İngiltərədə içində 39 meyitin olduğu yük maşınının görüntüləri yayılıb - VİDEO


İngiltərənin Esseks qraflığında sənaye şəhərciyində saxlanılan yük maşınında 1-i uşaq olmaqla 39 cəsəd aşkarlanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, yük maşınının sürücüsü 25 yaşlı Şimali İrlandıyalı Mo Robinson şübhəli şəxs qismində saxlanılıb.
Esseks polisi yük maşınının Belçikanın Zibrüg limanından İngiltərədəki Pörflit limanına gələn gəmi ilə gətirildiyini açıqlayıb. Polis rəisi əvvəlcə ölənlərin kimliyinin dəqiqləşdiriləcəyini, ancaq bunun xeyli vaxt aparacığını bildirib.
Yük maşını Bolqarıstan qeydiyyatlı olsa da, bu ölkənin xarici işlər nazirliyindən verilən açıqlamada ölənlərin Bolqarıstan vətəndaşı olmadığı açıqlanıb.
İngiltərə polisi faktla bağlı genişmiqyaslı istintaqa başlayıb.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top