İtaliyada yağış 2 nəfərin ölümünə səbəb oldu


İtaliyada güclü yağışlar nəticəsində 2 nəfər həyatını itirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın Piemonte bölgəsində, xüsusilə Alesandriya kəndi yaxınlığında 2 gündür yağan yağış 2 nəfərin ölümünə səbəb olub.   
Sözügedən bölgədə əhalinin, daşqın ehtimalını nəzərə alaraq  yüksəkdə yerləşən bölgələrə getdikləri bildirilir.
Qeyd edək ki, ölkənin ən böyük axar suyu olan Po çayında suyun səviyyəsi 24 saatda 3,4 metr yüksəlib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Alesandriya və ətrafındakı yaşayış məntəqələrində təhsil müəssisələri müvəqqəti olaraq dayandırılıb.
 
Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top